Nadya Savçenkonun məhkəməsi başlayıb
Bizi izləyin

Dünya

Nadya Savçenkonun məhkəməsi başlayıb

Rusiyada həbsdə olan ukraynalı pilot Nadya Savçenkonun məhkəməsi başlayıb.

Publika.az xəbər verir ki, iki rusiyalı jurnalistin ölümündə təqsirləndirilən ukraynalı helikopter pilotu ona qarşı sürülən ittihamları rəsmi şəkildə rədd edib və məhkəmə işini cəfəngiyyat adlandırıb.

“Mən bir daha bildirmək istərdim ki, mənim jurnalistlərin qətli ilə heç bir əlaqəm yoxdur. Mən Rusiyanın xüsusi xidməti tərəfindən oğurlanıb, buraya gətirilmişəm. Mənim Rusiya məhkəməsinə və ya Rusiya ədalətinə inanmaq üçün bir səbəbim belə yoxdur,” - Savçenko bildirib.

Nadya Savçenko Ukraynanın ölkənin şərqində Rusiyaya müqavimətinin simvoluna çevrilib. Orada Moskvapərəst separatçılar 2014-cü ilin aprel ayında Kiyev hökümətinə qarşı qiyam başladıblar.

İttiham olunsa Savçenkonu 25 il müddətinə həbs cəzası gözləyir. O, quru qüvvələrə jurnalistləri minomyotla hədəf almağa yardım etmək məqsədilə jurnalistlərin koordinatlarını müəyyən etməkdə təqsirləndirilir.

Çərşənbə günü keçirilən məhkəmə prosesində Avropa İttifaqının üç nümayəndəsi, habelə Savçenkonun bacısı iştirak edib. Birləşmiş Ştatlar Savçenkonun həbsini Moskvanın Kiyev höküməti ilə qarşıdurmada girov kimi istifadə olunması hesab etdiyini bildirərək onun azad edilməsinə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm