Prezident jurnalisti əfv etdi
Bizi izləyin

Dünya

Prezident jurnalisti əfv etdi

Misir prezidenti Əl-Cəzirə televiziyasının kanadalı jurnalisti Məhəmməd Fəhmini əfv edib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, əfv fərmanına ümumilikdə 100 nəfər düşüb. Prezident əfv fərmanını BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sesiyasına yollanmazdan 1 gün öncə verib.

Fəhmi və Əl-Cəzirə televiziyasının digər jurnalistləri ötən ay lisenziyasız fəaliyyət göstərmək və ölkənin mənafeyinə ziyan vuran materiallar yaymaq ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdilər. Jurnalistlər ittihamları rədd edir və məsələnin siyasi motivli olduğunu deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm