Rusiya ABŞ-ı hədələdi: Əgər Almaniyada atom bombaları yerləşdirsə...
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ı hədələdi: Əgər Almaniyada atom bombaları yerləşdirsə...

“Amerikanın Almaniyada yeni atom bombaları yerləşdirməsi Avropa qitəsində gərginliyin artmasına səbəb olacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Almaniyanın ZDF telekanalının xəbərini şərh edən Peskov qeyd edib ki, bu hadisə Avropada strateji güc balansını pozacaq və Rusiyanı əks addımlar atmağa məcbur edəcək.

Qeyd edək ki, alman kanalı ABŞ-ın büdcə idarəsinin sənədlərinə istinadən ABŞ-ın Almaniyanın Reynland-Pfals federal bölgəsində B61-12 tipli yeni nüvə bombalarını yerləşdirməyə hazırlaşdığını xəbər verib. Almaniyanın Müdafiə Nazirliyi bu xəbərləri şərh etməkdən imtina edib. Amma ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi “Sputnik” agentliyinə açıqlamasında bildirib ki, ABŞ nüvə silahı üzrə hər hansı müqaviləni pozduğunu hesab etmir.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Almaniyada nüvə silahının yerləşdirilməsi ilə bağlı ABŞ-ın planlarından narahat olublar. Rusiyalı diplomat Rusiyanın 1990-cı illərdə qeyri-strateji nüvə arsenalını 4 dəfə azaltdığını, amma eyni zamanda ABŞ-ın Avropada taktiki nüvə silahlarının qaldığını dilə gətirib.

Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədri Vladimir Komoedov Almaniya ərazisində ABŞ-ın yeni nüvə silahları yerləşdirəcəyi barədə informasiyaları şərh edərək Vaşinqtonu təhdid edib. O, qeyd edib ki, Rusiya eyni silahları Krım və Kalininqrad ərazisində yerləşdirə bilər.

“Amerikanın Almaniyada yeni nüvə silahları yerləşdirməsinə cavab olaraq Rusiya Kalininqrad vilayətində “İskəndər-M” operativ-taktik raket komplekslərini yerləşdirə bilər”, - “İnterfaks” hərbi-diplomatik mənbə deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm