Əsəd döyüş meydanında tək qalır
Bizi izləyin

Dünya

Əsəd döyüş meydanında tək qalır

Livanın “Hizbullah” təşkilatı Zabadani əməliyyatından sonra Suriya daxilindəki qarşıdurmalarda iştirakını dayandırır.

Publika.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, bu barədə Livan ordusundakı bir mənbə deyib.

Mənbə qeyd edib ki, “Hizbullah” Zabadani şəhərində təşkil edilən əməliyyatdan sonra qarşıdurmalarda iştirakını dayandıracaq və yalnız mövqeyini qoruyacaq. Eyni mənbə bu mövzuda Dəməşq hökumətinin də məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Zabadani şəhəri Dəməşq və Livanın paytaxtı Beyrutu birləşdirən magistrala yaxın strateji əhəmiyyətli ərazidə yerləşir. “Hizbullah” Zabadanini ələ keçirməklə radikal qrupların Livana girişini maneə olmaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm