15 nəfər qurbanlıq öküzlə bacarmadı – FOTO
Bizi izləyin

Dünya

15 nəfər qurbanlıq öküzlə bacarmadı – FOTO

Türkiyənin Sivas şəhərində sahiblərinin əlindən qaçan qurbanlıq öküz aləmi qarışdırıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, sahibləri hürkmüş heyvanı tutmaq üçün onu 1 saata yaxın qovublar. Öküzü tutmağa çalışan 15 nəfər məqsədinə nail ola bilməyib.

Hürkmüş heyvan hətta sakinlərdən birini də yaralayıb. Ceyhan adlı həmin şəxs dərhal Sivas Dövlət Xəstəxanasına aparılıb.

Öküzü 3 kilometrədək təqib etdikdən sonra tüfəngdən açılan keyləşdirici güllə ilə sakitləşdirmək mümkün olub.

Heyvanı bazardan aldığını deyən sahibi Namiq Yıldız “Arxasınca çox qaçdıq, bizi çox yordu” – deyə bildirib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm