Məkkədəki faciədə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur - YENİLƏNİR - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Məkkədəki faciədə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur - YENİLƏNİR - FOTOLAR/VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

***

Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.

***

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 150-dən artıq zəvvar ölüb, 400-ə yaxını isə xəsarət alıb.

Ölən və yaralananların sayının artacağı gözlənilir.

Hələlik hadisənin səbəbləri bəlli deyil.

Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində 107 nəfər ölüb.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır.

İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm