Cadugər və sehrbazlara 7 illik həbs cəzası
Bizi izləyin

Dünya

Cadugər və sehrbazlara 7 illik həbs cəzası

Tacikistan prezidenti Emomali Rahmon Cinayət Məcəlləsinin sehrbazlığa və cadugərliyə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan düzəlişləri təsdiqləyib.

Virtualaz.org saytı xəbər verir ki, bundan sonra magiya ilə, sehrbazlıq və cadugərliklə məşğul olanlar 7 ilədək həbs cəzasına məhkum edilə bilərlər.

Məcəlləyə edilən düzəlişlər ölkənin parlamentinin hər iki palatası tərəfindən bəyənilib.

Sehrbazlıq və cadugərlik buna qədər inzibati xəta sayılır və buna görə 30-40 tacik somonu (8-10 dollar) məbləğində cərimə nəzərdə tutulurdu. Bu əməl ikinci dəfə törədildikdə isə cərimənin məbləği 50-70 somona qədər yüksəlirdi.

Tacikistanda sehrbaz və cadugərlərin cəzalandırılmasına 2008-ci ildən başlanıb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Tacikistanda 5 minədək adam sehrbazlıq və cadugərliklə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm