Məkkədə baş verən faciədə ölənlərin sayı 753-ə çatıb - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Məkkədə baş verən faciədə ölənlərin sayı 753-ə çatıb - VİDEO (YENİLƏNİB)

Məkkə yaxınlığında Mina dağında izdiham nəticəsində ölənlərin sayı 753-ə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsindən bildirilib.

Son məlumatlara görə, ən azı 890 -a yaxın insan yaralanıb. Hadisə baş verən ərazidə 4 min xilasedici və 220 təcili tibbi yardım maşını işləyir. Mülki Müdafiə İdarəsindən xəbərdarlıq ediblər ki, ölənlərin sayı arta bilər.

Hazırda hadisə yerində 4 mindən artıq xilasedicinin fəaliyyət göstərdiyi bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm