Məkkədə ölənlərin çoxu Afrika ölkələri vətəndaşlarıdır
Bizi izləyin

Dünya

Məkkədə ölənlərin çoxu Afrika ölkələri vətəndaşlarıdır

Bu gün Məkkədə baş verən izdihamda ölənlərin əksəriyyəti Afrika ölkələrinin vətəndaşlarıdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalının məlumatında bildirilir.

İlkin məlumatlara görə, yaralılar arasında 10 Türkiyə vətəndaşı var.

Telekanalın məlumatında qeyd olunur ki, zəvvarların çoxu hündürlüyü 6 metr olan körpüdən yıxılma nəticəsində ölüblər.

Qeyd edək ki, bu gün Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 453 nəfər ölüb, 719 nəfər isə xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm