Dünyanın ən nəhəng və qədim vulkanı tapıldı - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən nəhəng və qədim vulkanı tapıldı - FOTOLAR

Geoloqlar Avstraliyada dünyanın ən böyük vulkan yatağından birinin izlərini aşkarlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 30 milyon il bundan əvvəl aktiv olmuş vulkan 2 min kilometr məsafəni əhatə edib. Nəhəng maqma və qazın toplaşdığı yanar dağ Uitsand arxipelağına qədər uzanır. O, materikin demək olar bütün şərq hissəsini əhatə edir.

Onun mərkəzi uzunluğuna görə Şimali Amerikadakı məşhur Yelloustondan təxminən 3 dəfə böyükdür.

Kanberra şəhərində fəaliyyət göstərən Avstraliya Milli Universitetinin əməkdaşı Rodri Deyvis bildirib ki, bu, geoloqlar üçüb gözlənilməz tapıntıdır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm