Çeçen, özbək və taciklər Əsədə qarşı birləşdilər
Bizi izləyin

Dünya

Çeçen, özbək və taciklər Əsədə qarşı birləşdilər

Suriyada rejim güclərinə qarşı vuruşan və “Əl-Qaidə” terror təşkilatına bağlı olan “Əl-Nüsra” Cəbhəsi bir qədər də güclənib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 1500 nəfərlik Mühacir Ordusu (“köç edənlər”) “Əl-Nüsra” Cəbhəsinə qatıldığını açıqlayıb.

Mühacir Ordusu çeçen, özbək və tacik döyüşçülərdən təşkil olunub. Mühacir Ordusunun “Əl-Nüsra” Cəbhəsinə qatılması Bəşər Əsəd rejimi üçün növbəti pis xəbər sayıla bilər. Ölkənin şimalında “Əl-Nüsra” Cəbhəsinin liderliyi ilə qurulan “Fəth Cəbhəsi” və cənubdakı “Cənub Cəbhəsi” hazırda irləliləyişini davam etdirir.

“Əl-Nüsra” Cəbhəsi iyun ayında verdiyi açıqlamasında döyüşçülərin 30 faizinin əcnəbilər olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm