Növbə Səudiyyəyə çatdı: Məkkədə çevriliş planı
Bizi izləyin

Dünya

Növbə Səudiyyəyə çatdı: Məkkədə çevriliş planı

Səudiyyə Ərəbistanında Kral Salman bin Əbdüləziz Əl Səudun  nəvəsi  tərəfindən yazıldığı iddia edilən qalmaqallı məktub üzə çıxıb.

 

Axar.az xəbər verir ki, məktubda Kral Salmanın istefa verməyəcəyi halda ölkədə böhranın dərinləşəcəyi və iqtidarını itirəcəyi vurğulanıb.

 

Salman ibn Əbdüləziz həmçinin Suriya və Yəməndə balanslı siyasət aparmamaqda, ölkədə iqtisadi vəziyyəti ağırlaşdırmaqda və neft qiymətlərinin kəskin şəkildə enməsində günahlandırılır.

 

Məktubda yazılanlara görə, bütün bu proseslərin qarşısını almaq üçün Kral Salmanın istefa verməsi mütləqdir. Əks halda uzun illər davam edən Səud hakimiyyəti çökə bilər.

 

Bu çöküşün qarşısının alınması üçün hakimiyyətin başına Salmanın nəvəsi Şahzadə Məhəmməd ibn Naifinin keçməsi təklif olunur. 

 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm