• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramzan Kadırov: "Məkkədə ölənlərə həsəd aparıram"

  • Dünya
  • 25 Sentyabr 2015 03:18
  • 676 Baxış
Ramzan Kadırov: "Məkkədə ölənlərə həsəd aparıram"

"Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparıram. Çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər".

Publika.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Məkkədəki faciə zamanı çoxsaylı insan təlafatına münasibət bildirərkən deyib.

“Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik,” - Kadırov əlavə edib.

Kadırovun sözlərinə görə, Minada baş verən hadisəni faciə kimi qiymətləndirmək olar, lakin eyni zamanda Səudiyyə Ərəbistanında həcc ziyarətinə gedən hər bir müsəlman, orada ölməyi arzulayır.

“Allah həcc ziyarətində ölən şəxslərin bütün günahlarını bağışlayır. Hər bir müsəlman Allahı görmək istəyir. Yəni bu faciəatırladaq ki, Minada baş vermiş çaxnaşma zamanı ən azı 717 nəfər həyatını itirib, 800-dən çox insan isə yaralanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR