İŞİD məscidi partlatdı: 25 ölü
Bizi izləyin

Dünya

İŞİD məscidi partlatdı: 25 ölü

Yəmənin paytaxtı Sanaada şiə məscidində törədilən partlayışda azı 25 nəfər ölüb, onlarla adam yaralanıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə Balili məscidinin içərində partlayış baş verib, sonra isə camaat çölə axışanda məsçidin girəcəyində ikinci partlayış törədilib.

Bu məscidə Husi şiə birləşməsi nəzarət edir. Husilər şəhərin paytaxtını ötən il ələ keçiriblər. Hazırda ölkənin bir sıra bölgələri də husilərin nəzarətindədir.

Partlayışlara görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm