İsrail Rusiya ilə razılaşıb
Bizi izləyin

Dünya

İsrail Rusiya ilə razılaşıb

İsraillə və Rusiya koordinasiya komandasının ilk görüşü oktyabrın 5-də olacaq.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə məqsəd Suriyadakı əməliyyatlar zamanı mümkün təsadüfi insidentlərin qarşısını almaqdır. Adının çəkilməsini istəməyən hərbi rəsminin sözlərinə görə, görüşdə hava, hərbi dəniz və elektromaqnit əməliyyatlarının koordinasiya edilməsi müzakirə olunacaq.

İsrail ehtiyat edir ki, Rusiyanın Suriyada İslam Dövlətinə qarşı hərbi əməliyyatlarda iştirakı təsadüfi hərbi toqquşmalara səbəb ola bilər.

İsrail Suriyanın cənubunda yaraqlılara qarşı reydlər keçirib və Hizbullah da daxil olamqla radikal qrupların silahlanmasından ehtiyat edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm