Avropaya qaçqın adı altında daxil olan terrorçular -FOTOLAR
Bizi izləyin

Dünya

Avropaya qaçqın adı altında daxil olan terrorçular -FOTOLAR

Minlərlə suriyalı, iraqlı və əfqan didərginin Avropa ölkələri sərhədlərində acınacaqlı şəraitdə olduğu bir halda İngiltərənin Sunday Ekspress nəşri İŞİD terror qruplaşmasındakı bir mənbəyə istinadla bildirmişdi ki, bu qruplaşmanın 4 min üzvünün Avropaya nəqli əməliyyatı uğurlu olub.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının ünsürləri Aralıq dənizi vasitəsi ilə Avropaya səfərinin başlanğıc nöqtəsi olan İzmir və Mersin limanlarında çoxlu sayda didərginə qoşulub və sonra isə İsveç və Almaniya kimi digər ölkələrə gediblər.


Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler Bild qəzetinə müsahibədə də terrorçuların miqrantlarla birlikdə Avropaya nüfuz etməyə cəhd göstərməsi ehtimalı barəsindəki iddiaların doğruluğunu təsdiqləyərək deyib: "Hal-hazırda Yaxın Şərq və Avropadan gələn miqrantlar arasında terrorçuların olmasına dair heç bir fakt yoxdur. Lakin terrorçuların Avropaya nüfuz etmək üçün mövcud imkanlardan istifadə etmək ehtimalını inkar etmək olmaz".

İndi aydın olur ki, bütün mülahizələr doğru imiş. Qaçqın adı ilə Avropaya gəlmiş bəzi şəxslərin sosial şəbəkələrdəki profillərini nəzərdəndən keçirdikdə bunu aydın sezmək olur.

Publika.az həmin fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm