ABŞ polisi əlil arabasındakı kişini güllələdi
Bizi izləyin

Dünya

ABŞ polisi əlil arabasındakı kişini güllələdi

ABŞ polisi yenə diqqət mərkəzinə düşüb.

Publika.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, Delaver ştatında polis əlil arabasında olan bir şəxsi güllələyib.

Uilminqton şəhər polis idarəsinin məlumatına görə onlara gündüz satlarında telefon zəngi edilib və əlil arabasında olan silahlı şəxs barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polislə əlil arabasındakı şəxs arasında atışma baş verib. Nəticədə silahlı şəxs öldürülüb.

Hazırda vətəndaş hüquqlarını qoruyan təşkilatlar hadisənin detallarını öyrənir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm