ABŞ-da 4 yaşlı qız 28 yaşlı kişiyə ərə getdi - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da 4 yaşlı qız 28 yaşlı kişiyə ərə getdi - FOTOLAR

4 yaşlı Abbi Nyu-Yorkda yaşayır. Çox gülərüz və həyatsevər uşaqdır.

Lakin bu təbəssümünün arxasında acı bir həqiqət gizlənir. O leykemiya xəstəsidir. Sağalacağına ümid yoxdur. Ömrünün son aylarını xüsusi klinikada keçirir.

Burada Abbinin çox xoşladığı tibb qardaşı var. Onun adı Mett Hiklinqdir.

28 yaşlı Mett Abbinin çox xoşuna gəlir. Hətta bir dəfə ürəyini anasına açaraq deyib ki, Mettə ərə getməyi arzulayır.

Uşağın anası Mettə bu haqda danışanda Abbiyə sürpriz etmək qərarına gəlirlər.

Mett Abbiyə evlilik təklif edir. Klinikanın bütün personalı və qızcığazın qohumlarının iştirakı ilə “toy məclisi” təşkil edilir.

Mett özü bu haqda deyir:” Zaman keçəcək, hətta ən ağrılı və çətin günlərdə də Abbinin ailəsi bu günü təbəssümlə xatırlayacaq. Elə mən də.”

Publika.az Abbi və Metin fotolarını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm