Kürd liderdən şok xəbərdarlıq: “Bu, dünya üçün fəlakətə səbəb olacaq”
Bizi izləyin

Dünya

Kürd liderdən şok xəbərdarlıq: “Bu, dünya üçün fəlakətə səbəb olacaq”

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi dünya üçün faciəyə çevriləcək.

Publika.az xəbər verir ki, bu xəbərdarlıqla İngiltərə mətbuatına danışan PYD (PKK terror təşkilatının Suriya qolu) lideri Saleh Müslim çıxış edib.

Saleh Müslim Əsəd rejiminin yerinə qəbul edilə bilən bir alternativin tərəfdarı olduğunu söyləyib: “Bəşər Əsədin İŞİD və yaxud da “Əl-Qaidə” ilə bağlı olan digər qruplar tərəfindən devrilməsi dünya üçün bir faciəyə gətirib çıxaracaq. Əsl məqsədimiz İŞİD-i məğlubiyyətə uğratmaqdır. İŞİD var olduqca özümüzü etibarlı hiss etməyəcəyik”.

PYD lideri Suriya ordusu ilə əməkdaşlıq etdiklərinə dair iddiaları da təkzib edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm