Səudiyyə Ərəbistanı Həcc ziyarəti qaydalarına yenidən baxacaq
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı Həcc ziyarəti qaydalarına yenidən baxacaq

Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdul-Əziz Əl-Saud hər il milyondan çox insanın gəldiyi Həcc ziyarəti zamanı görülən təhlükəsiz tədbirləri ilə bağlı ona məruzə etməyə göstəriş verib.

Publika.az xəbər verir ki, kral Həccin təşkilinin daha yüksək səviyyədə aparılmalı olduğunu bildirib və qeyd edib ki, bundan sonrakı ziyarətlərdə zəvvarların iştirakı ilə bağlı dəqiq sxem qurulmalıdır.

O, həmçinin qeyd edib ki, hakimiyyət faciənin araşdırılması ilə bağlı komisiya yaradıb.

Qeyd edək ki, ötən gün Məkkə şəhərində Mina dağında şeytana daş atılması zamanı 700-dən çox insan ölüb, 863 nəfər yaralanıb. Bu Həcc ziyarəti zamanı baş verən yeganə hadisə olmasa da, son 25 ildə miqyasına görə ən dəhşətli hadisə hesab olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm