Yunan “cəllad”ı peşman olmadan öldü
Bizi izləyin

Dünya

Yunan “cəllad”ı peşman olmadan öldü

Yunanıstanda 1967-1974-cü illərdə hərbi xunta dövründə gizli polisin rəisi işləyən Teodoros Feofiloyannakis ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, hərbi xuntanın əsas “cəllad”ı adlanırdı.

“O, diktatura dövründə gizli şəkildə yüzlərlə insanı işgəncələrə məruz qoymuşdu. Feofiloyannakis hərbi xuntanın ən amansız cəlladlarından biri hesab edilir. O, peşman olmadan öldü”, - yunan mediası yazıb.

Hərbi xuntanın əsas “cəllad”ının hədəfində hətta kommunistlərə simpatiyasına görə şübhəli hesab olunan iş yoldaşları da var idi.

O, diktaturanın ləğvindən sonra həbs edilib və 1992-ci ilə qədər 18 ili həbsxanada qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm