ŞOK ÇAĞIRIŞ: “Rusiyaya birləşməyə hazır olmalıyıq”
Bizi izləyin

Dünya

ŞOK ÇAĞIRIŞ: “Rusiyaya birləşməyə hazır olmalıyıq”

“Donetsk və Luqansk xalq respublikaları Rusiya Federasiyası ilə inteqrasiyaya hazır olmalıdır”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu sözləri “Donetsk Xalq Respublikası” separatçı qurumun “Xalq Şurası”nın rəhbəri Denis Puşilin deyib.

“Görünür ki, Ukraynabizi qovmaq üçün mümkün olan hər şey edir. Biz Rusiya Federasiyasına birləşməyə hazır olmalıyıq”, - Puşilin jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 18-də Donetsk və Luqansk “xalq respublikaları”nda yerli seçkilər keçiriləcək. Rəsmi Kiyev separatçı qurumlarda keçiriləcək seçkiləri tanımır. Kiyev təkid edir ki, seçkilər Minsk razılaşmaları və Ukrayna qanunlarına uyğun şəkildə, eyni zamanda ölkənin bütün ərazisində keçirilməlidir. Ukraynada yerli seçkilər oktyabrın 25-nə təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm