Netanyahunun arvadı barədə növbəti qalmaqal
Bizi izləyin

Dünya

Netanyahunun arvadı barədə növbəti qalmaqal

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı növbəti dəfə gündəmə gəlib.

Publika.az İngiltərənin “Times” qəzetinə istinadən xəbər əvvəllər bədxərliyi və “şüşə qalmaqalı” ilə gündəmə gələn Sara Netanyahunun bu dəfə sərxoş vəziyyətdə aşbazı döydüyü iddia edilir.

Qüds məhkəməsinə ifadə verən keçmiş işçilər Sara Netanyahunun Baş nazirlik ofisində sərxoş ikən onlara qarşı güc tətbiq etdiyini bildiriblər. Etti Haim adlı aşbaz Sara Netanyahunun onu döydüyünü, huşunu itirən bir işçi üçün təcili tibbi yardım çağırmasını maneə olduğunu bildirib.

Haim baş nazirin həyat yoldaşının axşam yeməyi üçün hazırlanan masadakı bütün qabları və yeməkləri yerə dağıtdığını, süfrənin yenidən hazırlanması üçün beş dəqiqə vaxt verdiyini deyib. Onun sözlərinə görə, baş nazir Netanyahu xanımının hərəkətlərini sakit şəkildə izləməklə kifayətlənib.

İttihamları rədd edən Sara Netanyahu gələn ay iddialarla əlaqədar ifadə verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm