Ərdoğanın Putinə cavabı gecikmədi: “Əsla mümkün deyil”
Bizi izləyin

Dünya

Ərdoğanın Putinə cavabı gecikmədi: “Əsla mümkün deyil”

Rusiya prezidenti Vladimir Putinin Amerikanın CBS telekanalına Suriya böhranı və Bəşər Əsədin gələcəyi barədə müsahibə verməsindən saatlar sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml liderinə cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Əsəd ilə Suriyanın qurtuluşunun əsla müzakirə mövzusu olmadığını deyib.

“Əsədin zərrə qədər Suriyaya və Suriya xalqına sevgisi varsa, bu işi buraxıb getmək məcburiyyətindədir. Bizim Suriyanın daxili ilə bağlı hər hansı dərdimiz yoxdur, amma bu ölkə ilə 911 kilometrlik sərhədimizin olduğunu nə Əsəd, nə də dünya unutmamalıdır. Biz hər an Suriyadakı terror təşkilatlarının təhdidi altındayıq”, - Ərdoğan söyləyib.

Türkiyənin bu vaxta qədər suriyalı qaçqınlar üçün xərclədiyi pulun 7,5 milyard dollara çatdığını deyən Ərdoğan xaricdən edilən yardımın yalnız 420 milyon dollar olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Amerikanın CBS telekanalınaa müsahibəsində Suriya prezidenti Başar Əsədə dəstəyinin əhəmiyyətini izah edib. Rusiya liderinin fikrincə, Suriya böhranını yalnız qanuni hökuməti gücləndirərək həll etmək mümkündür. Putin etiraf edib ki, Moskvanın hədəflərindən biri hərbi münaqişədə məğlub olan prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya rəhbərliyini xilas etməkdir. Rusiya prezidenti xatırladıb ki, dövlət institutlarının dağıdılması Liviya və İraq üçün çox zərərli olub.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Əsədin devrilməsini istəməsinə gəlincə, Rusiya prezidenti Suriya xalqına müraciət etməyi tövsiyə edib: “Yalnız Suriya xalqı qərar verməlidir ki, onların ölkəsini kim və necə idarə etməlidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm