PKK-ya daha bir zərbə: terrorçuların əsas maliyyə mənbəyi kəsildi
Bizi izləyin

Dünya

PKK-ya daha bir zərbə: terrorçuların əsas maliyyə mənbəyi kəsildi

Türkiyənin müvafiq hökumət orqanlarının keçirdiyi əməliyyat zamanı bu ilin ötən 8 ayı ərzində maliyyə dəyəri 165 milyon ABŞ dolları olan 80 milyon paket qaçaq siqaret ələ keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, qaçaq siqaret ticarətindən əldə olunan gəlirlər PKK-nın əsas maliyyə mənbələrindən biri olub. Artıq Türkiyə hökuməti PKK-nın əsas maliyyə mənbəyi olan qaçaq siqaret ticarətinə böyük zərbə vurub. Əməliyyat zamanı müsadirə olunan 80 milyonluq qanunsuz siqaret paketlərinin 5 milyonu İstanbulda ələ keçirilib.

Ümumilikdə isə İstanbul şəhər Qaçaqmalçılıqla Mübarizə İdarəsinin 2015-ci ildə keçirdiyi 160 əməliyyatda 300 nəfər saxlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm