Səudiyyə şahzadəsi ABŞ-da qulluqçunu zorladığına görə həbs olundu - FOTO
Bizi izləyin

Dünya

Səudiyyə şahzadəsi ABŞ-da qulluqçunu zorladığına görə həbs olundu - FOTO

Səudiyyə Ərəbistanı kralının ailəsinə mənsub olan 29 yaşlı şahzadə Məcid Əbdüləziz əl-Səud Los-Anjlesdəki bahalı malikanəsində çalışan bir qadına təcavüz etmək iddiası ilə ABŞ polisi tərəfindən həbs olunub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, şikayət əsasında ABŞ polisi ərəb şahzadəsinin evində araşdırma aparıb və həmin evdə olan 20 nəfər adam dindirilib. Daha sonra isə evin sahibi olan 29 yaşlı ərəb şahzadəsi Əbdüləziz zorlama madəsi ilə saxlanılıb.

Diplomatik toxunulmazlığı olmadığı üçün şahzadə Əbdüləziz 300 min dollar girov qoymaqla şərti ev dustaqlığına buraxılıb.

Oktyabrın 19-da ərəb şahzadəsi ABŞ-da məhkəməyə çıxarılacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm