Məkkə faciəsindəki möcüzə: iki məşhur belə xilas oldu
Bizi izləyin

Dünya

Məkkə faciəsindəki möcüzə: iki məşhur belə xilas oldu

İki məşhur türk aktyor Məkkədə 753 hacının ölümüylə nəticələnən faciədən 5 dəqiqəlik fərqlə xilas olub.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor Tolqahan Sayışman və Murad Yıldırım müqəddəs torpaqları ziyarət etmək üçün Məkkəyə gedib və orada qarşılaşıb birlikdə şeytanı daşlayıblar.

Daşlamadan sonra türk karvanından ayrılan aktyorlar bir küçəyə girdikdən 5 dəqiqə sonra faciə baş verib.

Qarışıqlıq yarandığına görə Məkkəyə bir neçə saata çatan aktyorlar dərhal ailələri ilə əlaqə saxlayaraq yaxşı vəziyyətdə olduqlarını deyiblər.

Faciənin şokundan ayılan aktyorlar hələ də Məkkədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm