Ərdoğana açıq məktub: "PKK və digər terror təşkilatları mənim üçün də düşməndir"
Bizi izləyin

Dünya

Ərdoğana açıq məktub: "PKK və digər terror təşkilatları mənim üçün də düşməndir"

Türkiyənin "Doğan Media Holding" şirkətinin rəhbəri, tanınmış iş adamı Aydın Doğan prezident Rəcəb Tayyib Ərdoğana açıq məktub ünvanlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, A.Doğan öz müraciətində PKK-ya gizli yardım göstərməsi barədə irəli sürülən ittihamlara görə Ərdoğandan şikayətçi olduğunu bəyan edit: "Cənab Prezident, millət olaraq Qurban bayramını qeyd etdiyimiz bu günlərdə bu cür açıq məktub yazmaq məcburiyyətində qaldığımı üçün çox təəssüf hissi keçirirəm. Ancaq üzləşdiyim bəzi haqqsızlıqlar məni çox üzüb. Bu məktubu mənə və rəhbərlik etdiyim şirkətə qarşı edilən haqqsızlıqlar üzündən yazıram. Cənab Prezident, siz 22 sentyabrda Kanal 7 televiziya kanalında çıxışınız zamanı illər öndə "İstanbul Conrad" otelində keçirdiyiniz bir görüşü yenidən gündəmə gətirmişdiniz. Siz həmin görüşlə bağlı danışarkən, guya mənim tərəfimdən 3 tanınmış dövlət və hökumət adamları barədə “elə zamanlar oldu ki, biz iqtidara yeni hökumət gətirdik, digər hökuməti isə tarixə göndərdik” ifadə səsləndirmişəm.

Guya mən bu ifadələri mərhum sabiq prezidentlər - Turqut Özal və Süleyman Dəmirəl və sabiq baş nazir Tansu Çilləri üçün söyləmişəm. Bütün bunlar ağ-yalandır. Mən hər zaman Türkiyə dövlətinin güclənməsi və inkişafı üçün çalışmışam və bun dan sonra da belə olacaq. Cənab Ərdoğan, mən sizin Türkiyəni inkişaf etdirməniz üçün də əlimdən gələn dəstəyi vermişəm. İndi mən necə xalq düşməni ola bilərəm? Bir daha bəyan edirəm ki, PKK və digər terror təşkilatları mənim üçün də düşməndir. Mənim üçün heç bir terror əməli alqışlana bilməz".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm