Məkkədəki faciənin günahkarları elan olundu: iranlı zəvvarlar...
Bizi izləyin

Dünya

Məkkədəki faciənin günahkarları elan olundu: iranlı zəvvarlar...

İran mənbələri Londonda dərc olunan "Əl-Şərq əl-Aysat" qəzetinə bildiriblər ki, rəsmi rəqəmlərə görə 717 nəfər zəvvarın xəsarət aldığı Minada baş verən kütləvi izdihama görə məsuliyyətin böyük hissəsi İrandan gələn zəvvarların üzərinə düşür.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İran nümayəndəsi qəzetə verdiyi açıqlamada deyib ki, 300 nəfərdən ibarət İslam Respublikasından olan zəvvarların bir qrupu Səudiyyə dövlət orqanlarının təlimatlara əməl etməyib və bir anda digər ümumi axına qarşı, digər zəvvarların gəldiyi tərəfə hərəkət etməyə başlayıb. Nəticədə böyük izdiham yaşanıb.

Qəzetdə dərc olunan bu məqalə sentyabrın 25-də İran lideri Ayətullah Əli Xameneyinin Səudiyyə Ərəbistanının Mina vadisində baş verən faciə ilə əlaqədar məsuliyyəti üzərinə götürməyə borcludur, deyə çıxış etdiyi bəyanatına cavab oldu. Bundan başqa, Livanın "Əl-Diyar" qəzeti izdihama səbəb kimi vəliəhd Şahzadə Məhəmməd bin Salmanı müşayiət edən avtomobil eskortunun səbəb olduğunu yazıb. Qeyd edilir ki, şahzadənin maşın karvanına görə zəvvarların hərəkət istiqaməti dəyişdirilib və bu səbəbdən də faciə baş verib. Lakin Səudiyyə rəsmiləri bu məlumatı təkzib edib. Bir qədər əvvəl Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qəzanın baş vermə səbəblərini tezliklə araşdırmaq və Həcc ziyarətinin keçirilməsi planlarını yenidən nəzərdən keçirmək göstərişini vermişdi.

Qurbanlar arasında Pakistan, İran və Hindistan vətəndaşları var. Onların bir çoxu 41 dərəcəyə çatan isti hava şəraitində qapalı və darısqal məkanda boğularaq dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm