Ən gənc "vorzakon" həbs olundu
Bizi izləyin

Dünya

Ən gənc "vorzakon" həbs olundu

Sentyabrın 20-də Belarusda Smolensk sərhəd xidmətinin əməkdaşları tərəfindən Reziko Djvarskiy kimi tanınan 22 yaşlı “qanuni oğru” Revaz Ubilava saxlanılıb.

Oxu.Az “Praym Kraym”-a istinadən xəbər verir ki, Türkiyədən qayıdan Reziko və onun sevgilisi Miranda Peradze Minsk hava limanında saxlanılaraq üstlərində axtarış aparılıb.

“Qanuni oğru”nun sevgilisinin üzərindən deklarasiya edilməmiş bir neçə min dollar və avro götürülüb. Sonradan məlum olub ki, pullar qeyri-qanuni yolla əldə edilib.

Profilaktik söhbətdən sonra, Ubilava və sevgilisi könüllü şəkildə Belarusun ərazisini tərk etməyə razı olublar.

Qeyd edək ki, Revaz Ubilava bir il əvvəl “tac” alıb və oğru aləminin ən gənc üzvü sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm