Öldüyü zənn edilən qız 31 il sonra tapıldı
Bizi izləyin

Dünya

Öldüyü zənn edilən qız 31 il sonra tapıldı

31 il əvvəl öldüyü zənn edilən qadın sağ tapıldı.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, almaniyalı bu qadının indi 55 yaşı var. Bu müddət ərzində o başqa adlarla yaşayıb.

Petra adlı bu qız 31 il əvvəl itib, lakin bütün cəhdlərə baxmayaraq onun nə dirisi, nə də ölüsü tapılmayıb.

Polis qızın axtarışı üçün televiziya və qəzetlərə elan verib. Bir neçə il sonra onun öldürüldüyü məlumatı yayılıb, hətta qatilinə 8 il həbs cəzası da verilib. Lakin 31 il sonra polis təsadüfən onu tapıb. Belə ki, o evindən oğurluq olduğuna görə, polisə müraciət edib. Polis onun 1980-ci ilə aid şəxsiyyət vəsiqəsindən istifadə etdiyini və onun 31 il əvvəl itkin düşən qadın olduğunu aşkarlayıb.

Qəribədir ki, qadın nə üçün ortaya çıxmadığı barədə nə polisə, nə jurnalistlərə deməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm