• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiya Krımda S 300 kompleksi yerləşdirdi

  • Dünya
  • 14 Mart 2014 20:25
  • 814 Baxış
Rusiya Krımda S 300 kompleksi yerləşdirdi

Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi texnika ilə dolu karvan Kerç boğazından keçərək, Ukraynanın Krım Muxtar Respublikasına daxil olub.

Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznyov yerli mediaya bildirib ki, hərbi karvan səhər saatlarından başlayaraq, Krıma daxil olmağa başlayıb. Bunların arasında artileriya qurğuları, üzərində iriçaplı plumyotların olduğu maşınlar, silah-sursatla dolu olan yük avtomobilləri var. Hərbi karvanın texnikalarının üzərində Rusiya silahlı qüvvələrinə məxsus olan nişanlar və “hərbi hissə 64670” yazısı qeyd olunub.

V. Seleznyov deyib ki, “Uraqan”, “Qrad” artileriya qurğusu və 14 ədəd S-300 raket kompleksi, o cümlədən müxtəlif təyinatlı zirehli texnika yarmadaya gətirilib. Texnikanın böyük hissəsi muxtar respublikaya dəmiryolu vasitəsilə aparılıb. /aznews.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR