400 cütlük eyni vaxtda evləndi - FOTOLAR
Bizi izləyin

Dünya

400 cütlük eyni vaxtda evləndi - FOTOLAR

Biz həmişə futbol meydançasında idmançıların top qovduğuna tamaşa etmişik. Bu dəfə isə stadion maraqlı bir hadisəyə şahidlik edib. Braziliyanın San-Paulu şəhərində yerli stadion 400 cütlüyü qovuşdurub.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, nikah mərasimində yoxsul cütlüklər iştirak edib. Təşkilatçıların sözlərinə görə, Braziliyanın müxtəlif şəhərlərində 9 ildir ki, kasıbların toyları təşkil edilir. Nikaha girən, illərdir birlikdə yaşayan xanımlar və bəylərin bəziləri artıq nəvə sahibidirlər. Yeganə şərt bundan ibarətdir ki, ailənin aylıq gəliri min dollardan artıq olmamalıdır. Mərasimə qatılmaq pulsuzdur, sonda hər bir cütlük rəsmi nikah haqqında şəhadətnamə alır.

Qeyd edək ki, ötən il Rio-de-Janeyroda 2 min cütlüyə toy edilmişdi. Şənliyə 12 mindən çox insan qatılmışdı. Onların məclisə təşrif buyurması üçün qatarlar da ayrılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm