Fransa İŞİD-ə havadan zərbələr endirdi
Bizi izləyin

Dünya

Fransa İŞİD-ə havadan zərbələr endirdi

Fransa Suriyada İŞİD-in mövqelərinə hava zərbələri endirib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezident administrasiyası məlumat yayıb.

Fransa sentyabrın əvvəlindən başlayaraq, Suriyada kəşfiyyat uçuşları həyata keçirib. Hazırda isə hava zərbələri davam edir.

Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi koalisiya bir ildən çoxdur ki, İŞİD-in mövqelərinə zərbələr endirir. 59 ölkənin iştirak etdiyi koalisiya indiyə qədər “sarsılmaz qətiyyət” adlı əməliyyatla 10 mindən çox İŞİD döyüşçüsünü məhv edib. Lakin əksər ekspertlər hesab edir ki, yerüstü əməliyyatla İŞİD-ə qalib gəlmək mümkün deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm