AKP-nin imtina etdiyi Tatlısəs siyasi hədəfini açıqladı
Bizi izləyin

Dünya

AKP-nin imtina etdiyi Tatlısəs siyasi hədəfini açıqladı

Türkiyədə noyabrın 1-də keçiriləcək parlament seçkilərinə bitərəf namizəd olan məşhur müğənni İbrahim Tatlısəs siyasi hədəflərini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İ.Tatlısəs “Twitter” hesabında bu barədə yazıb: “Doğru olanın yanındayıq, əyrilərlə işimiz yoxdur. Şüarımız dürüst siyasət, işsizliyin həlli üçün aparılan siyasətdir”.

Müğənni siyasətlə məşğul olma səbəbini isə belə açıqlayıb: “Gənclərimiz ölməsin, analarımız ağlamasın, uşaqlarımız yetim qalmasın deyə siyasət! Mənim siyasət anlayışım budur”.

Qeyd edək ki, İbrahim Tatlısəs AKP-dən deputatlığa namizəd olmaq istəsə də, onun bu istəyi qəbul edilməmişdi. Bundan sonra İbrahim Tatlısəs bitərəf olaraq namizədliyini irəli sürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm