Kataloniya qərarını verdi
Bizi izləyin

Dünya

Kataloniya qərarını verdi

İspaniyanın Kataloniya muxtariyyətində dünən keçirilən parlament seçkilərində müstəqillik tərəfdarları qələbə qazanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, seçki qutularının 90 faizinin açılmasından sonra müstəqillik tərəfdarlarının parlamentdəki 135 yerdən 72-ni qazandığı məlum olub.

Müstəqillik tərəfdarları 68 yer qazanacağı halda birtərəfli olaraq 18 ay ərzində muxtariyyətin müstəqilliyini elan edəcəklərini bildirib. Müstəqillik tərəfdarlarının yaratdığı ittifaqda “Junts per Si” (“Birlikdə Bəli”) adlı partiyanın 62, solçu CUP partiyasının isə 10 yer qazandığı dəqiqləşib.

Ancaq İspaniya hökuməti bildirib ki, muxtariyyət birtərəfli müstəqilliyini elan etsə, məhkəməyə müraciət olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm