Əsədin taleyi həll olunur: 6 dövlət qərar verəcək
Bizi izləyin

Dünya

Əsədin taleyi həll olunur: 6 dövlət qərar verəcək

Suriya probleminin həlli üçün “5+1” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) yaradıla bilər.

Publika.az xəbər verir ki, belə bir iddia ilə avropalı diplomatlara istinadən “Financial Times” qəzeti yazıb.

Diplomatın sözlərinə görə, İranla nüvə müzakirələrində müvəffəqiyyətli olan “5+1” düsturu Suriya probleminin həllində də irəliləyişə nail ola bilər. Xəbərə görə, bu qrupa Türkiyə və Səudiyyə Ərəbistanının da daxil edilməsi müzakirə olunur.

İranın isə prosesdə necə iştirak edəcəyi hələ qeyri-müəyyəndir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm