Taliban Əfqanıstanda strateji şəhəri ələ keçirdi
Bizi izləyin

Dünya

Taliban Əfqanıstanda strateji şəhəri ələ keçirdi

Taliban döyüşçüləri Əfqanıstanın Qunduz şəhərinə hücum ediblər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında başlayan döyüşlərdə Talibanın 20 döyüşçüsü öldürülüb.

Həkimlərin məlumatına görə, atışmada 14 polis ölüb.

Taliblər Qunduz şəhərində təxminən 200 pasiyentin olduğu hospitalı və hökumət binalarını, o cümlədən eyni adlı vilayətin inzibati mərkəzini tutduqlarını açıqlayıblar.

Qeyd edək ki, Taliban döyüşçüləri aprelin sonunda hökumət güclərinə qarşı genişmiqyaslı hücuma başlayıblar. May ayında isə strateji əhəmiyyətli yolların kəsişməsində yerləşən Qunduz vilayətinin eyni adlı inzibati mərkəzi mühasirəyə alınıb. Bu, NATO-nun beynəlxalq missiyasının (ISAF) tamamlanmasından sonra Talibanın ilk genişmiqyaslı hücumudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm