Türkiyədə "Ergenekon" işi üzrə azadlığa buraxılanların sayı 53-ə çatıb
Bizi izləyin

Dünya

Türkiyədə "Ergenekon" işi üzrə azadlığa buraxılanların sayı 53-ə çatıb

Türkiyədə dövlət çevrilişinə hazırlıqla ("Ergenekon") bağlı iş üzrə həbs edilən daha 4 nəfər azadlığa buraxılıb.

Türkiyədə dövlət çevrilişinə hazırlıqla ("Ergenekon") bağlı iş üzrə həbs edilən daha 4 nəfər azadlığa buraxılıb.

Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, bu gün İstanbul Ağır Cinayətlər məhkəmələri tərəfindən İsmayıl Sağır, Mahmud Gözəl, Okan İşgör və Ulaş Özelin azad edilməsi barədə müvafiq qərarlar verilib.

Bununla da "Ergenekon" işi üzrə azadlığa buraxılanların sayı 53 nəfərə çatıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğ, həmçinin generallar Vəli Küçük, Mehmet Eroz, Tuncer Kılınc və Xurşid Tolon da həbsdən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm