• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Obama BMT tribunasından Rusiyanı tənqid etdi

  • Dünya
  • 29 Sentyabr 2015 04:43
  • 419 Baxış
Obama BMT tribunasından Rusiyanı tənqid etdi

ABŞ prezidenti Barak Obama dünyanı müharibələr və münaqişələrdən çəkinməyə çağırıb.

Publika.az xəbər verir ki, Obama BMT-də çıxışı zamanı münaqişələrin həlli üçün qlobal səviyyədə yeni diplomatik səylərə başlamağın zamanı gəldiyini bəyan edib.

”Biz əməkdaşlıq şəraitində işləməsək, bunun nəticələri ilə qarşılaşacağıq. Biz birlikdə işlədiyimiz zaman daha güclü ola bilərik”, - ABŞ prezidenti əlavə edib.

Buunla belə o, Biriləşmiş Ştatların Yaxın Şərqdə İslam dövləti qrupuna qarşı apardığı kampaniyanı müdafiə edib. O deyib ki, İslam dövləti qrupu heç vaxt sığınacaq tapa bilməyəcək.

Həmçinin Obama Rusiyanı Krım yarımadasını ilhaq etdiyinə və Ukraynanın şərqində separatçılara dəstək verdiyinə görə tənqid edib. O deyib ki, Qərbin Moskvaya qarşı iqtisadi sanksiyaları zəruri idi, çünki heç bir ölkə Krımın işğalının cəzasız qalmasını qəbul edə bilməzdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR