Kameronun donuz sevgisi qalmaqala çevrilir
Bizi izləyin

Dünya

Kameronun donuz sevgisi qalmaqala çevrilir

Ötən həftə İngiltərənin baş naziri Devid Kameron barəsində irəli sürülən iddia gündəmdə şok effekti yaratdı. Bu iddia Lord Mişel Aşkroft və İzabel Oakeşott tərəfindən Devid Kameron haqqında yazılan kitabda yer almışdı.

Yazarlar iddia edirlər ki, Kameron Oksford Universitetində təhsil alarkən ölü donuzla cinsi əlaqədə olub və bunu universitetindəki əyləncə klubuna qəbul olmaq üçün edib. Baxmayaraq ki, bu iddia təkzib olundu, amma Kameronla bağlı kitabda yazılanlar sosial şəbəkələrdə zarafatların mənbəyi oldu.

Lord Mişel Aşkroft və İzabel Oakeşottun kitabını oxuyarkən aydın olur ki, Kameron cavanlıqda elit tələbə klubunun üzvü olub. Klubun üzvü olmaq üçün ən çətin sınaqlara dözmək lazım idi. Təsadüfi deyil ki, Kameronun ölü donuzla cinsi əlaqəyə girməsi də universitetindəki sözügedən kluba qəbul olmaq üçün etdiyi iddia olunur. Mənbə iddia edir ki, iddiasını sübut etmək üçün əlində fotoşəkilləri var.

Ümumiyyətlə, Britaniya seksual qalmaqallardan yorulub. Hədəfdə isə əksər hallarda siyasətçilər olur. Amma donuzla cinsi əlaqə Britaniya tarixində ilk qalmaqaldır. Özü də bunun baş nazirlə bağlı olması çox utandırıcı bir hadisədir. Devid Kameron hələ ki ona qarşı irəli sürülən mənfi xarakterli iddialara dözür. Amma seçicilərin malik olduğu məşhur ingilis yumor hissi baş nazirin siyasi karyerasını təhlükə altına qoya bilər. Sübutlar təqdim olunmasa da, araşdırmalar göstərir ki, seçicilərin üçdə ikisi bu cür qalmaqallara inanır və nəticəsi özünü seçkilərdə ağır şəkildə göstərir. Şəkillərin ortaya çıxmasından sonra isə baş verənləri təsəvvür etmək çətin deyil.

Əgər Lord Mişel Aşkroftun iddia etdiyi fotoşəkillər ortaya çıxsa, ikinci “Uotergeyt qalmaqalı” (Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnən siyasi skandal) yaşana bilər. Bundan sonra isə birinci şəxsin istefası, ardınca isə hökumət böhranı istisna edilmir.

Gələn həftə Mühafizəkarlar Partiyasının qurultayı keçiriləcək. İstisna edilmir ki, Devid Kameronu donuzla şəkillərinin yeni dalğası gözləyir. Bəzi iddialara görə, vətəndaşlar canlı donuzla etiraz aksiyasına hazırlaşırlar.

Kameronun ünvanına deyilənlər “donuzla seks”lə bitmir. Baş nazirin çoxdankı dostu hesab edilən Lord Mişel Aşkroft Kameronu “narkoman və əyyaş” da adlandırıb. Məllifin sözlərinə görə, gələcək baş nazir kokain və başqa narkotikləri qəbul edir, daim spirtli içkilər içir və onun ünvanına deyilən olduqca təhqiredici fikirləri özü üçün rəva görürdü.

“The Daily Mail” qəzetinin xəbərinə görə, İngiltərənin baş nazirinə yaxın mənbələr Kameronun əleyhinə olan sensasiyalı iddiaları qəbul etmədiyini bildiriblər. İddiaya görə, kitabın müəlliflərindən olan Lord Mişel Aşkroft əhəmiyyətli bir vəzifəyə gəlməsinə maneə olduğu üçün dörd ildir ki, Devid Kamerona qarşı müxalif mövqedədir və nəticədə sensasiyaya səbəb olan bioqrafiyanı yazıb.

Lakin Devid Kameron bundan əvvəl verdiyi açıqlamalarından birində kokaindən istifadə etdiyini etiraf edib. 2005-ci ildə Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri seçiləndən sonra o, bildirib ki, parlament üzvü olandan sonra (2001-ci ildən) kokaindən istifadə etməyib. Devid Kameron bunun keçmişdə qaldığını deyib. Ümumiyyətlə, o, həmişə təsdiq edib ki, siyasətçilər siyasətə gəlmədən əvvəl şəxsi həyat hüququna malik olurlar.

Amma iyul ayında baş verən hadisə barəsində bunu söyləmək olmazdı. Haqqında danışılan şəxs siyasətçi idi. Lordlar Palatasının vitse-spikeri Con Sevelin istefa vermişdi. İstefanın səbəbi isə o oldu ki, məşhur Britaniya siyasətçisinin narkotikdən istifadə etdiyini göstərən video yayıldı. Britaniyanın tanınmış nəşri olan “The Sun” qəzeti internet saytında videonu dərc etdi. Biabırçı görüntülər 69 yaşlı siyasətçinin Londondakı evində təşkil etdiyi seks partisində çəkilmişdi. O, videoda iki fahişə ilə birlikdə narkotik istifadə edirdi. Videoyazıda siyasətçinin kokaini fahişənin sinəsində bürulmuş 5 funtluq əskinas vasitəsilə burnuna çəkdiyi əks olunur.

Vətəndaşları şoka salan məqam isə o idi ki, milliyyətcə şotland olan siyasətçi nümunəvi ailəlinin reputasiyasından istifadə edirdi. Bundan başqa İngiltərənin keçmiş baş naziri Toni Bleyerlə yaxın olan Sevel Lordlar Palatasında lordların davranış standartlarına cavabdehlik daşıyan Lordların Etika Komitəsinə rəhbərlik edirdi. Və bu insan lordlara davranış qaydalarını öyrədirdi. Narkotikdən vaxtilə istifadə etdiyini etiraf edən Devid Kameronla Con Sevel arasında “müəllim-tələbə” əlaqələrinin olub-olmadığını, yaxud hansının tələbə, hansının müəllim olduğunu iddia etmək isə hələ mümkün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm