Obama: “O, xalqını bombalayan tirandır”
Bizi izləyin

Dünya

Obama: “O, xalqını bombalayan tirandır”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 70-ci sessiyasında çıxış edən ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədin ünvanına kəskin ifadələr söyləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Barak Obama Əsədi “xalqını bombalayan tiran” adlandırıb.

ABŞ prezidenti Suriyada Bəşər Əsədlə davam edilməsinin mümkün olmadığını dilə gətirib. BMT-nin baş katibi Pan Gi Mundan dərhal sonra kürsüyə çıxan Obama Suriyada vətəndaş müharibəsindən əvvəlki vəziyyətə qayıtmağın mümkün olmadığını ifadə edib.

“Əsəddən başqa bir liderə keçməyimiz lazımdır”, - ABŞ prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm