Putin: “Onlardan başqa İŞİD-lə döyüşən yoxdur” - VİDEO
Bizi izləyin

Dünya

Putin: “Onlardan başqa İŞİD-lə döyüşən yoxdur” - VİDEO

Rusiya prezidenti Vladimir Putin 10 illik fasilədən sonra BMT Baş Assambleyasının sessiyasında dünya liderlərinə səslənib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Putin çıxışında Suriyada Dəməşq rejimi və kürd döyüşçülərdən başqa kimsənin İŞİD-ə qarşı mübarizə aparmadığını söyləyib.

Suriyanın müxalif qüvvələrinə təlim verilməsini tənqid edən Putin Suriya böhranına görə məsuliyyətin məhz Suriya müxalifətinə yardım edənlərin üzərinə düşdüyünü deyib: “Suriya müxalifətinə hərbi təlim keçərək onları silahla təchiz edirlər. Müxalif qüvvələr isə daha sonra İŞİD-in sıralarına keçir. İŞİD bir anda ortaya çıxmadı. Onu arzuolunmaz rejimlərə qarşı silah olaraq istifadə etdilər. Hitlerə qarşı yaradılan koalisiyaya bənzər koalisiya qurmalıyıq”.

Putin danışmağa başlayarkən Ukrayna nümayəndə heyətinin salonu tərk etməsi diqqət çəkib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm