CNN canlı yayımda Putinlə Yeltsini səhv saldı – VİDEO
Bizi izləyin

Dünya

CNN canlı yayımda Putinlə Yeltsini səhv saldı – VİDEO

Rusiya prezidenti Vladimir Putinin BMT Baş Assambleyasında çıxışı barədə xəbər verən ABŞ-ın CNN kanalı səhvə yol verib.

Publika.az xəbər verir ki, kanalın aparıcısı Eşli Banfild birbaşa yayında keçmiş prezident Boris Yeltsini Rusiya prezidenti adlandırıb.

Lakin televiziya aparıcısı səhvini tez anlayıb və gülərək tamaşaçılardan üzr istəyib: “Məni bağışlayın. Mən iyirmi il əvvələ qayıtdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm