Lukaşenkonun 11 yaşlı oğlu BMT-nin sessiyasına qatıldı – FOTOFAKT
Bizi izləyin

Dünya

Lukaşenkonun 11 yaşlı oğlu BMT-nin sessiyasına qatıldı – FOTOFAKT

BMT Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən Belarus nümayəndə heyətinin tərkibinə Belarus prezidentinin 11 yaşlı oğlu Nikolay Lukaşenko da daxil edilib.

Publika.az xəbər verir ki, “The Guardian” nəşrinin Moskva müxbiri Şaun Uoker iclas zalında çəkilən şəkli “Twitter” səhifəsində paylaşıb.

Şəkildə Nikolay Lukaşenkonun Belarus nümayəndə heyəti üçün nəzərdə tutulan yerlərdən birində oturduğu görünür.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, Nikolay atası ilə birlikdə Nyu-Yorka səfəri zamanı 11 sentyabr terror aktının qurbanlarının şərəfinə ucaldılan Milli memoriala baş çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm