
Dünən gecə saatlarında Tayvanda “Ducüen” qasırğası olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2 nəfərin öldüyü, 324 nəfərin yaralandığı qasırğada 6 nəfər alpinist itkin düşüb.
Tayvan xəbər agentliyinin yaydığı məlumata görə, 119 kilometr/saat sürəti olan qasırğa səbəbindən təxminən 710 min evə su və elektrik verilişi dayanıb. Təyyarələrin uçuşu təxirə salınıb, məktəblərə isə tətil verilib.
Rübabə