Rusiya bombardmançıları Xəzərin üzərindən Suriyaya uçdu – MARŞRUT XƏTTİ
Bizi izləyin

Dünya

Rusiya bombardmançıları Xəzərin üzərindən Suriyaya uçdu – MARŞRUT XƏTTİ

“The Aviationist” nəşri Rusiyanın 6 ədəd “Su-34” bombardmançı təyyarəsinin Suriyanın Latakiya aerodromuna hərəkət marşrutunu yayıb.

Publika.az xəbər verir ki, nəşrin iddiasına görə, bombardmançılar Xəzər dənizi, daha sonra isə İran və İraqın üzərindən keçərək Latakiyaya çatıb.

Nəşrin iddiasına görə, qırıcılar sözügedən marşrutu sentyabrın 28-də keçib. Bombardmançıları Rusiya Hərbi Hava Qüvvələrinin Tu-154 təyyarəsi müşayiət edib.

Sentyabrın 22-də də ABŞ Müdafiə Nazirliyindən bildirmişdilər ki, Rusiyanın döyüş təyyarələri (Su-30SM, Su-24M və Su-25) Latakiya aerodromunun uçuş zolağında görünüblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm