• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Köhnə ədavət: Krım tarixi xəritələrdə

  • Dünya
  • 15 Mart 2014 10:05
  • 2 672 Baxış
Köhnə ədavət: Krım tarixi  xəritələrdə

Krım martın 17-də keçiriləcək referendumdan sonra Rusiyaya birləşərsə, bu, Ukraynanın keşməkeşli tarixi boyunca xəritəsinə edilmiş bir çox dəyişiklərdən daha biri olacaq.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Britaniya kitabxanasının kolleksiyasındakı qədim xəritələr, Ukrayna tarixini əks etdirir.Qara Dənizdə kiçik yarımada olan, Rusiya və Ukraynadan aşağıda yerləşən Krım indi Ukraynanı onu itirmək təhlükəsilə üz-üzə qoymuş böhranın mərkəz nöqtəsidir.

18-ci əsrdə Krım Osmanlı İmperiyasının bir hissəsi idi və onu Krım tatarlarının xanı idarə edirdi.

Bu 1769-cu il xəritəsində Krım yarımadası ortada təsvir edilib, sarı rəng Türkiyəni və Kiçik Tartariyanı, göy rəng Rusiyanı bildirir.Bu, rus kraliçası Yekaterina (aşağıdakı şəkildə) onu tatarlardan geri alıb, Rusiyaya birləşdirərək Rusiya İmperiyasının bir hissəsi edənə qədər çəkdi.

Krım, 1954-cü ildə sovet lideri Nikita Xruşşev əliaçıqlıq göstərib onu Ukraynaya bağışlayana qədər Rusiyanın bir hissəsi olaraq qaldı.Bunun o qədər də əhəmiyyəti yox idi, çünki o zaman bu ərazilərin hamısı Sovet İttifaqına məxsus idi.

1932-ci il xəritəsində Sovet İttifaqı tərkibində olan Rusiya Federasiyasına aid Krım Muxtar Respublikası Ukrayna Respublikası (çəhrayı rəng) ilə qonşudur. Sovet İttifaqının tərkibində olan RF isə yaşıl rəngdə təsvir olunub.Ancaq 1991-ci ildə Sovet İttifaqı dağıldı. Bir gecədə, Rusiya və Ukrayna iki ayrı ölkə oldu və Krım Ukraynanın tərkibində qaldı.

1996-cı ilə məxsus bu xəritə Ukraynanın hazırkı ərazisini əks etdirir.Ukraynanın əsas hissəsinə gəlincə isə, onu hər zaman iki istiqamətə dartıblar. Qərbi Ukrayna hər zaman Avropaya meylli olub.

Məsələn, uzaq qərbdəki Lvova baxın.

Yuxarıdakı xəritədə o, mərkəzdə narıncı rənglə göstərilib və rus kiril əlifbası ilə yazılıb. Bura Sovet Ukraynasının bir hissəsi olaraq qalmışdı və ruslaşdırılmış versiya ilə Lvov kimi tanınırdı. SSRİ dağılandan sonra onun adı yenidən Lviv olub.

1775-ci ildən qalmış bu xəritədə Leopol kimi göstərilən həmin ərazi Avstriya imperiyasının bir hissəsi oldu və həmçinin Lemberq kimi tanınmağa başladı.1940-cı ilə qədər artıq Polşanın bir hissəsi olan ərazi Hitler və Stalin arasında gizli razılaşmadan sonra Sovet İttifaqının əlinə keçdi.

Krım tatarları Stalin tərəfindən 1944-cü ildə, II Dünya Müharibəsinin sonlarında Nasist Almaniyası ilə əməkdaşlıqda suçlanaraq deportasiya olundu. Sonralar onlara evlərinə qayıtmaq icazəsi verilsə də, Moskvanın nəzarəti altında olacaqlarından xəbərdar idilər.

Bəzi Ukrayna millətçiləri Stalini Hitlerdən də böyük düşmən kimi görürdülər. Elə buna görə də, onlar bu günə kimi Moskvaya bir işğalçı hakimiyyət kimi şübhə ilə baxırlar.Və elə buna görə biz Prezident Putinin Qərbi Ukraynada sağçı esktremistlərin təhlükəsi barədə xəbərdarlıqlarını eşidirik.

Köhnə qorxular və inamsızlıq - bu gün hələ də, yanaşmaları müəyyənləşdirir.Amma Ukraynada şərqə doğru getdikcə, bir çox insanlar Rusiyanı düşmən yox, ailənin bir üzvü kimi görürlər.

18-ci əsrə aid xəritədə Rusiya topraqları Kiyevə qədər uzanır.Kiyev Rusiyanın min il əvvəl başladığı yerdir - Rusiya dövləti və Rusiya Pravoslav Kilsəsinin doğulduğu torpaqlardır.Az qala müqəddəs topraqlardır. Ona görə də, Prezident Putin onun əldən getməsini istəmir.

Məhz bu dərinə işləmiş emosiyalardır ki, bu böhranı belə təhlükəsiz edir.Əsas narahatlıq odur ki, əgər Ukrayna xəritələri yenidən cızılarsa, bu yalnız növbəti zorakılıqlara yol aça bilər.

Xəritələr Londondakı Britaniya Kitabxanasına məxsusdur. Bu kitabxanada dünyanın ən əzəmətli xəritələri və kartoqrafik materialları saxlanılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR