Putin seksual azlıqlardan danışdı
Bizi izləyin

Dünya

Putin seksual azlıqlardan danışdı

“Rusiyada seksual azlıqların heç bir problemi yoxdur. Bu mövzu Rusiyadan düşmən obrazı yaratmaq üçün xüsusi olaraq şişirdilib”.

Publika.az xəbər verir ki, bu sözləri CBS və PBS telekanalları üçün jurnalist Çarl Rouza müsahibə verən Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti hesab edir ki, hansısa qruplara mövcud olmayan problemlərin uydurulması Rusiyadan düşmən obrazı yaratmaq üçün lazımdır. O, bu cür iddiaları Rusiyaya qarşı hücumların xətlərindən biri adlandırıb.

Dövlət başçısı vurğuladı ki, Rusiyada hamının, o cümlədən qeyri-ənənəvi seksual oriyentasiyası olan insanların hüquqları eyni dərəcədə təmin olunur.

“Söhbət həddi-buluğa çatmayanların arasında homoseksualizmin təbliğinin qadağasından gedir. Mən bu hüquq aktında qeyri-demokratik heç nə görmürəm”, - Putin qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm