Dostəliyeva qəzaya uğradı
Bizi izləyin

Dünya

Dostəliyeva qəzaya uğradı

Məşhur müğənni Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva avtomobil qəzasına düşüb.

Axar.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, Heydər Əliyev prospektində hərəkət edən "Ford" markalı 90 SV 773 nömrəli avtomobilin təkəri boşalıb. Avtomobili səki kənarında saxlayan Zeynəb Dostəliyeva maşından düşüb. Bu zaman yüksək sürətlə hərəkət edən "Ferrari" markalı avtomobil "Ford" maraklı avtomobili arxadan vurub. "Ford" markalı avtomobil zərbənin təsirindən səki üzərinə qalxıb. Avtomobilin qarşısında dayanan Zeynəb Dostəliyevanın yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, "Ferrari" markalı avtomobilin üzərində dövlət qeydiyyat nişanı olmadığı üçün nömrəni təqdim edə bilmirik.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm